Şer Ndur PSJ-də – Rəsmi

İtaliyanın U-20 yığmasının və Portuqaliyanın “Benfika” klubunun gənc yarımmüdafiəçisi Şer Ndur Fransa çempionu PSJ-yə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə 5 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Azad agent statusuna malik futbolçunun keçidi Fransa nəhənginə pulsuz başa gəlib. Ndurun yeni komandasında 27 nömrəli formanı geyinəcəyi açıqlanıb.

Şer Ndur “Benfika”nın yetirməsidir. O, ötən mövsüm bu klubun B komandasında meydana çıxdığı 57 oyunda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinmiş Ndur ötən ildən U-20-də forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: