Voleybol üzrə Azərbaycan millisinin bu il 15 avqust – 3 sentyabr aralığında keçiriləcək Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Ataman Güneyligil yığmaya 17 oyunçu dəvət edib. Hazırda Azərbaycan millisinin düşərgəsində hazırlıq keçən voleybolçular bunlardır:
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova;
Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko;
Oyunqurucular: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova;
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil.
Xatırladaq ki, qarşıdakı qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcəklər. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.


