İtaliyanın “Yuventus” klubu Avropa Super Liqası (ESL) layihəsindən çıxmaq üçün müvafiq prosedura başladığını bəyan edib.
Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən məlumat verir.
“Qoca sinyora” bu məsələ ilə əlaqdər olaraq “Real” və “Barselona” ilə müzakirələrə başladığı diqqətə çatdırılıb. “Yuventus”un müvafiq açıqlamasında deyilir:
“Belə müzakirələrdən sonra və Super Liqa layihəsinə şamil edilən müqavilə şərtlərinin təfsirindəki mövcud fərqləri nəzərə alaraq, “Yuventus” layihədən çıxış proseduruna başladığını təsdiqləyir”.
“Qoca sinyora”nın rəhbərliyi vurğulayıb ki, klubun gedişi yekunlaşacaq və yalnız “Real” və “Barselona”nın icazəsi ilə qüvvəyə minəcək.
Xatırladaq ki, boyabrda klubu tərk etmiş “Yuventus”un sabiq prezidenti Andrea Anyelli Avropa Super Liqası layihəsinin arxasında duran fiqurlardan biri idi. Məhkəmə bazar ertəsi Andrea Anyellini, oyunçuların maaşları ilə bağlı dələduzluq etdiyinə görə 16 ay müddətinə futboldan uzaqlaşdırıb.


