Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin Çində keçiriləcək 31-ci Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimizin baş məşqçi Fərid Cəlalov komandaya 12 oyunçu dəvət edib.
Hücumçular: Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev;
Blokçular: Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov;
Oyunqurucu: Roman Qurski;
Liberolar: Rəşad Əliyev, Fərhat Cenkel;
Baş məşqçi: Fərid Cəlalov.
Xatırladaq ki, Çinin Çendu şəhərində təşkil olunacaq Universiada 28 iyul – 8 avqust aralığında keçiriləcək.


