Bernardo Silvanı transfer etmək üçün 150 milyon tapmalıdır

“Barselona”nın “Mançester Siti”nin portuqal yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək üçün 150 milyon avroya ehtiyacı var.

Arena.az bu barədə “Football España”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İlkay Gündoğan, İnyiqo Martines və Vitor Rokenin imzalanmasından, həmçinin Oriol Romeunun gələcək transferindən sonra Bernardo Silva kataloniyalıların növbəti hədəfidir.

“Barselona”nın baş məşqçisi Xavi portuqal yarımmüdafiəçini öz komandasında görmək istəyir. Ancaq transferin baha olması səbəbindən Bernardo Silva ilə müqavilə imzalamaq çox çətin olacaq. “Mançester Siti”nin əsas oyunçusunun transferi üçün 80 milyon avro istəyəcəyi deyilir. Bundan əlavə, kataloniyalılar Bernardo Silvanı alacağı halda, onu qeydiyyatdan keçirə bilmələri üçün klubun maaş büdcəsi ilə bağlı məsələni çözməlidirlər.
Beləliklə, cəmi 150 milyon avroluq transfer “Barselona”nın bu yay müvafiq məbləğə oyunçu satmasını demək olar ki, qeyri-mümkün edir.

Kataloniyalılar çox güman ki, alternativ variantları nəzərdən keçirməli olacaqlar.

Geridə qalmış 2022/2023 mövsümündə Bernardo Silva “Mançester Siti”nin heyətində 55 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Bernardo Silvanı 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: