Uesli Fofana təhqirlərə görə “Twitter” hesabını bağladı

İngiltərənin “Çelsi” klubunun fransalı mərkəz müdafiəçisi Uesli Fofana “Twitter” və digər sosial şəbəkələrdəki hesablarını bağlayıb.

Arena.az xəbər verir ki, Fofana bu addımı atmaq məcburiyyətində olduğunu əsas gətirib.

Belə ki, Fofana növbəti dəfə zədələnməsi ilə şərhlərdə istifadəçilər tərəfindən mütəmadi surətdə təhqirlərlə üzləşib. Bu üzdən o, sosial şəbəkə hesablarını bağlamağa qərar verib.

Fofana “Çelsi”yə ötən ilin avqustunda 80,5 milyon avro qarşılığında “Lester Siti”dən keçib.

Geridə qalmış 2022/2023 mövsümündə Uesli Fofana “zadəganlar”ın heyətində 20 oyuna çıxıb, 2 qol vurub.

Fransalı müdafiəçi dizindən aldığı zədə səbəbindən üç aydan çox yaşıl meydanlardan kənarda qalıb. Həmçinin Fofana mövsümün sonunda əzələ zədəsi, ardınca omba zədəsi səbəbindən bir müddət meydana çıxa bilməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Uesli Fofananı 55 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl, Fofananın dizindən aldığı növbəti zədə səbəbindən “Çelsi” ilə mövsümöncəsi ABŞ turuna yollanmayacağı məlum olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: