Sadio Mane “Əl-Nəsr”ə keçməyə hazırdır

Almaniya çempionu “Bayern”in seneqallı ulduzu Sadio Mane Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə keçməyə yaxındır.

Arena.az bu barədə “L’Equipe” istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Mane “Əl-Nəsr”in təklifi ilə razılaşıb.

Daha əvvəl “Əl-Nəsr”in Maneyə ilə 25 milyon avroluq məvaciblə üç illik müqavilə təklif etdiyi bildirilirdi. Öz növbəsində “Bayern”in 31 yaşlı seneqallı ulduzun transferindən ən azı 32 milyon avro əldə etmək istədiyi də məlum idi.

Xatırladaq ki, bir müddət əvvəl “Bayern”, Sadio Manenin klubun ümidlərini doğrultmadığını əsas gətirərək, hücumçunun xidmətində maraqlı olmadığını rəsmən bəyan etmişdi.

Geridə qalmış 2022/2023 mövsümündə Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib və Almaniya çempionluğunu qazanıb.

Hücumçunun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: