Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “Yuventus”un serb hücumçusu Duşan Vlahoviçi bəyənir və onu komandasında görmək istəyir.
Arena.az bu barədə “SportMediaset” portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, italyan mütəxəssis futbolçu ilə zəngləşib və ona rəğbəti olduğunu ifadə edib.
Xatırladaq ki, “Real” klubun əsas hücumçusu Kərim Benzemanın mövsümün bitməsilə Səudiyyə Ərəbistanına yollanmasından sonra, hücum xəttini gücləndirmək üçün çalışır. “Kral klubu”nun əsas hədəfi PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe olsa da, bu transferin yaxınlarda həyata keçməsi müəyyən səbəblərdən çox mümkünsüz görünür. Alternatıv variantları nəzərdən keçirən “Real”ın “Yuventus”dan Duşan Vlahoviçlə razılığa gələ biləcəyi istisna edilmir.
Geridə qalmış 2022/2023 mövsümündə Vlahoviç “Qoca sinyora”nın heəytində 42 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Duşan Vlahoviçi 70 milyon avro məbləğində qiymətləndirir.


