Amerika Birləşmiş Ştatlarında toplanışda olan İspaniyanın “Barselona” komandasında futbolçular kütləvi virusa yoluxublar.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, heyətin əhəmiyyətli bir hissəsi qastroenterit xəstəliyinə tutulub.
Bu üzdən də klub rəhbərliyi İtaliyanın “Yuventus” komandası ilə yoldaşlıq oyununu ləğv etmək qərarına gəlib.
İspaniya klubunun Turin təmsilçisi ilə oyunu iyulun 23-də Bakı vaxtı ilə saat 06:30-da Kaliforniyada “Livays” stadionunda baş tutmalı idi.
“Barselona” ABŞ turu çərçivəsində iyulun 27-də İngiltərənin “Arsenal”, iyulun 29-da isə İspaniyanın “Real”, avqustun 1-də İtaliyanın “Milan” komandaları ilə də qarşılaşmalıdır.


