Almaniya çempionu “Bayern”in seneqallı hücumçusu Sadio Mane gələcəyi ilə bağlı jurnalistlərə danışmaqdan imtina edib.
Arena.az bu barədə jurnalist Kerri Hauya istinadən məlumat verir.
“Siz məni hər gün öldürürsünüz və indi danışmaq istəyirsiniz? Yaxşı görək, uşaqlar”, deyə Mane müsahibədən imtina edib.
Daha əvvəl “Bayern”in Manenin xidmətində maraqlı olmadığı haqda məlumat yayılmışdı. Seneqallı hücumçunun karyerasını “Əl-Nəsr”də davam etdirəcəyi deyilirdi. Manenin artıq Səudiyyə Ərəbistanı klubundan gələn təklifi qəbul etdiyi vurğulanır.
Geridə qalmış 2022/2023 mövsümündə Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib və münhenlilərlə Bundesliqanın qalibi olub.
Manenin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.


