“Qarabağ” “Rakuv”la səfər matçına bu heyətlə çıxacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxır.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü raunduna vəsiqə uğrunda Polşa çempionu “Rakuv”la mübarizə aparacaq.

Azərbaycan təmsilçisi bu rəqibə qarşı ilk oyununu səfərdə keçirəcək. Çenstoxova şəhərindəki “Mieyski” stadionunda baş tutacaq oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Artıq komandaların bu oyun üçün start heyətləri açıqlanıb. Baş məşqçi Qurban Qurbanov meydana aşağıdakı heyəti buraxacaq:

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul

22:15. “Rakuv” – “Qarabağ”
Baş hakim: Lukas Fandrix (İsveçrə).
Çenstoxova, “Mieyski” stadionu.

Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Marçin Tsebulya, 9. Lukaş Zvolinski.
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 5. Qustav Berqqren, 6. Şimon Çiy, 11. Con Yeboa, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.
Baş məşqçi: David Şvarqa.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: