UEFA “Çelsi”ni natamam maliyyə məlumatları təqdim etməkdə təqsirli bilərək 10 milyon avro məbləğində cərimələyib.
Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.
“Çelsi” klubların lisenziyalaşdırılması və maliyyə feyr-pley qaydalarını pozduğuna müvafiq cəza alıb.
Mənbənin sözlərinə görə, əsas qayda pozuntusu 2012-2019-cu illər aralığına, rusiyalı iş adamı Roman Abramoviçin London klubuna sahib olduğu zamana aiddir.
UEFA-nın təhqiqatçıları klubda müxtəlif əməliyyatlar üzrə natamam maliyyə məlumatlarının təqdim edilməsi amillərini aşkarlayıblar.
Maraqlıdır ki, müvafiq qayda pozuntularını “Çelsi”nin yeni sahibi Todd Bouli əvvəlcədən müəyyən edərək UEFA-ya məlumat verib.


