Niko Qonsales “Portu”ya satıldı, “Barselona” bu qədər qazandı

İspaniyanın U-21 yığmasının və “Barselona”nın mərkəz yarımmüdafiəçisi Niko Qonsales Portuqaliyanın “Portu” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Barselona” bu satışdan 8,4 milyon avro qazanıb. 21 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

Rəsmi açıqlanmasa da, müqavilədə “Barselona”nın gələcəkdə öz yetirməsini geri almaq hüququnun olmasına dair müvafiq bəndin qeyd olunduğu da bildirilir.

Niko Qonsales “Barselona”nın öz yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında 37 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümü “Valensiya”da icarədə keçirən yarımmüdafiəçi bu komandada 26 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: