Lotar Matteus Lukas Hernandesi bu addımına görə tənqid etdi

Almaniya yığmasının və “Bayern”in sabiq futbolçusu Lotar Matteus fransalı müdafiəçi Lukas Herrnandesin PSJ-yə transferi ilə bağlı danışıb.

Arena.az “Bild”ə istinadən Matteusun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hernandes nə minnətdarlıq, nə də xarakter göstərdi. “Bayern”də oynamaq istəsəydi, son dörd ili meydanda və meydandan kənarda olan bütün problemləri nəzərə alaraq, sakitcə müqavilə imzalayardı. “Bayern” onu dəstəkləyirdi. Hernandes mənim üçün xarakter çatışmazlığının bariz nümunəsidir”, deyə Matteus bildirib.

Xatırladaq ki, Lukas Hernandes 80 milyon avro müqabilində Madrid “Atletiko”sundan “Bayern”ə keçib. Daha sonra müdafiəçi Almaniya nəhəngi ilə 2024-cü ilə qədər hesablanmış müqaviləsini yeniləməkdən imtina edib. 2023-cü ilin iyulunda Hernandes PSJ ilə 2028-ci ilə qədər uzunmüddətli müqaviləyə qol qoyub.

Geridə qalmış 2022/2023 mövsümündə Hernandes “Bayern”in heyətində 11 oyuna çıxıb, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Lukas Hernandesi 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: