Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Əvvəlcə “Bornmut” səfərdə “Bernli”yə iki cavabsız qolla qalib gələrək 1/4 finala yüksələn ilk komandaya çevrilib. “Mançester Yunayted” isə “Vest Hem” səddini çətinliklə keçib. “Qırmızı şeytanlar” bu rəqibi yalnız əlavə yarım saatda vurulan yeganə qol sayəsində məğlub edə bilib. “Mançester Yunayted” 97-ci dəqiqədə Maktominayın qolu ilə sevinib.
İngiltərə Federasiya Kuboku
1/8 final
9 fevral
Bernli – Bornmut 0:2
Mançester Yunayted – Vest Hem 1:0
10 fevral
21:30. Suonsi Siti – Mançester Siti
23:30. Lester Siti – Brayton
23:30. Şeffild Yunayted – Bristol Siti
00:15. Everton – Tottenhem
11 fevral
21:30. Vulverhempton – Sauthempton
00:00. Barnsli – Çelsi


