Sadio Mane “Bayern”dən ayrıldığını təsdiqlədi

Almaniya çempionu “Bayern”in seneqallı sol cinah hücumçusu Sadio Mane Münhen klubundan ayrıldığını təsdiqləyib.

Arena.az az bu barədə jurnalist Floarian Plettenberqə istinadən məlumat verir.

“Bayern”dən ayrılmaq məni incidir. Hər şeyin başqa cür bitməsini istərdim. Biliriəm ki, bu mövsüm komandaya kömək edə bilərdim. Nə olursa, olsun, kluba və azarkeşlərinə ən yaxşısını arzulayıram”, deyə Mane bildirib.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Mane ilə maraqlandığı haqda xəbərlər yayılmışdı.

Mane “Bayern”ə ötən yay 32 milyon avro müqabilində “Liverpul”dan keçib. Münhenlilər hücumçuya böyük ümidlər bəsləyiblər. Amma mövsümün sonunda “Bayern” rəhbərliyi və məşqçilər qərargahı seneqallı hücumçu ilə yollanı ayırmaq qərarını verib və bu qərarını futbolçunun ona göstərilmiş etimadı doğrultmaması ilə əsaslandırıb.

Geridə qalmış 2022/2023 mövsümündə Sadio Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Maneni 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: