“Çelsi” və “Yuventus”un rəhbərliyi hücumçular – belçikalı Romelu Lukaku və serb Duşan Vlahoviçin dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.
Arena.az bu barədə “Sky Sport Italia”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hazırda klublar futbolçuların yaşı və qiyməti fərqinə görə transfer şərtlərini müzakirə edirlər.
Lukaku 2022/2023 mövsümündə icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyununa çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.
Duşan Vlahoviç “Yuventus”a 2022-ci ilin yanvarında “Fiorentina”dan keçib. Serb hücumçu ötən mövsüm “zebr”lərin heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 23 yaşlı Duşan Vlahoviçi 70 milyon avro məbləğində qiymətləndirir.


