“Qarabağ” – “Rakuv”: Heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə cavab oyununa çıxır.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü raunduna vəsiqənin taleyinə Bakıdakı görüşdə aydınlıq gətirəcək.

Azərbaycan təmsilçisi bu rəqibə qarşı ilk oyununu səfərdə keçirib və 2:3 hesabıyla uduzub.

Artıq komandaların Bakı Olimpiya Stadionunda baş tutacaq cavab oyunu üçün start heyətləri açıqlanıb. Baş məşqçi Qurban Qurbanov meydana aşağıdakı heyəti buraxacaq:

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Yannis Papanikolau, 11. Con Yeboa, 9. Zvolinski, 77. Marçin Tsebulya.
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çiy, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Viladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.
Baş məşqçi: David Şvarqa.

Xəbəri sosial şəbəkələrdə paylaş: