Sankt-Peterburq “Zenit”i Marsel “Olimpik”inin və Türkiyə millisinin hücumçusu Cengiz Ünderi heyətinə qatmaq niyyətindədir.
Arena.az bu barədə “Fotospor”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Zenit” artıq “Fənərbaxça”ya keçməyə razılıq verdiyi iddia edilən Cengiz Ünderə təklif ünvanlayıb. Rusiya klubu türk hücumçunun transferi üçün bütün imkanlarını səfərbər edib.
Bu arada, “Olimpik”in prezidenti Pablo Lonqoriya klubunun Ünderin transferi ilə bağlı “Fənərbaxça” ilə razılaşmaya yaxın olduğunu, lakin naməlum səbəblərdən transferin baş tutmadığını bildirib. Həmçinin Lonqoriya türk hücumçunun keçidi ilə bağlı bir neçə təkliflərinin olduğunu da vurğulayıb, amma potensial alıcıların adını açıqlamayıb.
Geridə qalmış 2022/2023 mövsümündə Ünder Marsel “Olimpik”inin heyətində 46 oyuna çıxıb, 5 qol vurub, 6 məhsuldar ötürmə verib.
Cengiz Ünderin Marsel klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.
Ünder 2016-cı ildə debüt etdiyi Türkiyə yığmasının heyətində 49 oyuna çıxıb, 16 qol vurub.
“Transfermarkt” 26 yaşlı Cengiz Ünderi 20 milyon avro məbləğində qiymətləndirir.


