Avropa Konfrans Liqasında pley-offun püşkü atıldı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində gerçəkləşən püşkatmada Azərbaycan təmsilçiləri “Sabah” və “Neftçi”nin də növbəti mərhələdəki mümkün rəqibləri müəyyənləşib.

“Neftçi” 3-cü raundda “Beşiktaş”ı (Türkiyə) keçsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.

“Sabah” isə 3-cü raundda Serbiya “Partizan”ını üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasının 3-cü raundunda Finlandiyanın HJK komandasına uduzsa, Konfrans Liqasının pley-offunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşmacaq. “Qarabağ”ın yer aldığı cütün məğlubu ilk matçını səfərdə keçirəcək.

Ümumilikdə püşkatmada turnirin əsas yolunda 17 cütlük formalaşıb. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) mübarizəyə birbaşa pley-offdan başlayacaqlar. Çempionlar yolunda isə 5 cütlük formalaşıb.

Xatırladaq ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də keçiriləcək. Cavab görüşləri isə ayın 31-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Çempionlar yolu

“Ballkani” (Kosovo)/”Linkoln” (Cəbəllüttariq) cütünün qalibi – “Şerif” (Moldova)/BATE (Belarus) cütünün məğlubu

“Jalgiris” (Litva)/“Haken” (İsveç) cütünün məğlubu – “Hamrun Spartans”(MLT)/“Ferentsvaroş” (Macarıstan) cütünün qalibi

“Struqa” (Şimali Makedoniya)/“Svift” (Lüksemburq) cütünün qalibi – “Zrinski” (Bosniya və Herseqovina)/“Breydablik” (İslandiya) cütünün məğlubu

“Farul” (Rumıniya)/“Flora” (Estoniya) cütünün qalibi – “Qarabağ” (Azərbaycan)/HJK (Finlandiya) cütünün məğlubu

“Astana” (Qazaxıstan)/“Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu – “Valmiera” (Latviya)/“Partizani” (Albaniya) cütünün qalibi

Əsas yol

“Hapoel” (Beer Şeva, İsrail)/“Levski” (Bolqarıstan) cütünün qalibi – “Ayntraxt” (Almaniya)

“Dila” Gürcüstan)/APOEL (Kipr) cütünün qalibi – “Gent” (Belçika)/“Poqon” (Polşa) cütünün qalibi

“Lex” (Polşa)/“Spartak” (Slovakiya) cütünün qalibi – “Slaviya” (Çexiya)/“Dnepr-1” (Ukrayna) cütünün məğlubu

“Sepsi” (Rumıniya)/“Aktobe” (Qazaxıstan) cütünün qalibi – “Bodo Qlimt” (Norveç)/“Pünik” (Ermənistan) cütünün qalibi

“Tobol” (Qazaxıstan)/“Derri Siti” (İrlandiya) cütünün qalibi – “Viktoriya” (Çexiya)/“Qzira Yunayted” (Malta) cütünün qalibi

“Hibernian” (Şotlandiya)/“Lütsern” (İsveçrə) cütünün qalibi – “Aston Villa” (İngiltərə)

“Omoniya” (Kipr)/“Midtyulland” (Danimarka) cütünün qalibi – “Legiya” (Polşa)/“Austriya” (Avstriya) cütünün qalibi

“Lill” (Fransa) – “Riyeka” (Xorvatiya)/“Torshavn” (Farer adaları) cütünün qalibi

“Olimpiakos” (Yunanıstan)/“Genk” (Belçika) cütünün məğlubu – “Adana Dəmirspor” (Türkiyə)/“Osiyek” (Xorvatiya) cütünün qalibi

“Fənərbaxça” (Türkiyə)/“Maribor” (Sloveniya) cütünün qalibi – “Tvente” (Niderland)/“Riqa” (Latviya) cütünün qalibi

“Aris” (Yunanıstan)/“Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi – “Beşiktaş” (Türkiyə)/“Neftçi” (Azərbaycan) cütünün qalibi

“Santa Koloma” (Andorra)/“Alkmaar” (Niderland) cütünün qalibi – “Aroka” (Portuqaliya)/“Brann” (Norveç) cütünün qalibi

“Rapid” (Avstriya)/“Debretsen” (Macarıstan) cütünün qalibi – “Fiorentina” (İtaliya)

“Rusenborq” (Norveç)/“Harts” (Şotlandiya) cütünün qalibi – “Hayduk” (Xorvatiya)/PAOK (Yunanıstan) cütünün qalibi

“Styaua” (Rimıniya)/“Nordsyelland” (Danimarka) cütünün qalibi – “Sabah” (Azərbaycan)/“Partizan” (Serbiya) cütünün qalibi

“Osasuna” (İspaniya) – “Brügge” (Belçika)/“Akureyri” (İslandiya) cütünün qalibi

AEK (Kipr)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi – “Çelye” (Sloveniya)/“Neman” (Belarus) cütünün qalibi