“Barselona” azarkeşləri Qamper Kuboku ərəfəsində məşqdən əvvəl komandanın fransalı hücumçusu Usman Dembeleni təhqir ediblər.
Arena.az bu bardə “Sport.es” portalına istinadən məlumat verir.
Daha əvvəl Dembelenin “Barselona”dan ayrılaraq karyerasını PSJ-də davam etdirməyə yaxın olduğu bildirilirdi. Futbolçunun artıq, parislilərlə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı vurğulanır. Transferin baş tutacağı halda, Dembele PSJ ilə mövsümə 16 milyon avro maaşla 5 illik müqavilə imzalayacaq.
Dembele “Barselona”da 2017-ci ildən çıxış edir. Fransalı hücumçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalımış 2022/2023 mövsümündə Dembele “Barselona”nın heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 9 məhsuldar ötürmə verib və İspaniya çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı Usman Dembeleni 60 milyon avro məbləğində qiymətləndirir.


