“Yuventus” azarkeşləri Lukaku əleyhinə nümayiş keçirdilər

“Yuventus”un azarkeşləri nümayiş keçirərək, “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukakunun Turin klubuna transferinə etiraz ediblər.

Arena.az bu barədə “Sport Bible” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Yuventus”un əvəzedici heyəti ilə oyunundan (8:0) sonra “qoca sinyora”nın azarkeşləri “Alyans” stadionunun meydançasına çıxaraq “Lukaku ilə müqavilə imzalamayın!” şüarını səsləndirməyə başlayıblar.

Stüartlar oyunçuların təhlükəsizliyini təmin etmək üçün tribunanı mühasirəyə almağa və əlavə ehtiyat tədbirləri görməyə məcbur olublar.

Geridə qalmış 2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: