Marko Verratti “Bayern” və “Barselona”nın hədəfinə düşdü

PSJ-nin italyan mərkəz yarımmüdafiəçisi Marko Verratti yaxın vaxtlarda karyerasını yenə Avropada, yeni klubda davam etdirə bilər.

Arena.az bu barədə “Bayern&Germany” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hazırda Verrattiyə eyni vaxtda iki yüksək səviyyəli klub – Almaniya nəhəngi “Bayern” və Kataloniya nəhəngi “Barselona” iddalıdırlar.

PSJ-nin yeni baş məşqçisi Luis Enrike Verrattini komandanın strateji planlarına uyğun görmür. O, bu haqda futbolçunu məlumatlandırıb. Hazırda italyan yarımmüdafiəçi PSJ-nin satış transferinə çıxardığı digər futbolçuların dəstəsində yer alır.

Geridə qalmış 2022/2023 mövsümündə Marko Verratti PSJ-nin heyətində 38 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.

Verrattinin PSJ ilə ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 30 yaşlı futbolçunu 40 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Verrattinin Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinin şəxsi şərtlərinə dair razılığa gəldiyi haqda məlumat yayılsa da, bu xəbər rəsmi təsdiqini tapmayıb. Verrattinin PSJ-yə daha gərək olmadığı məlum olunca, italyan yarımmüdafiəçi dərhal Avropa nəhənglərinin hədəfinə düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: