Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünə start verilib. Arena.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun və mövsümün açılış oyununda “Almeriya” və “Rayo Valyekano” komandaları üz-üzə gəliblər. İlk oyun qonaq komandanın qələbəsiylə yekunlaşıb. Mövsümün ilk qolunu isə penaltidən dəqiq yararlanan İsaak Palason vurub.
Günün digər matçında “Sevilya” ilə “Valensiya” üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda da qonaqlar qalib gəliblər.
Xatırladaq ki, ilk turun qalan oyunları 12, 13 və 14 avqustda keçiriləcək.
İspaniya, La Liqa
1-ci tur
11 avqust
Almeriya – Rayo Valyekano 0:2
Qollar: Palason, 20-pen. Nteka, 28-pen.
Sevilya – Valensiya 1:2
Qollar: En Nesiri, 70 – Diakabi, 60. Gerra, 89.
12 avqust
19:00. Real Sosyedad – Jirona
21:30. Las Palmas – Malyorka
23:00. Atletik – Real
13 avqust
19:00. Selta – Osasuna
21:30. Vilyarreal – Betis
23:30. Xetafe – Barselona
14 avqust
21:30. Kadis – Alaves
23:30. Atletiko – Qranada


