La Liqa: “Real” yeni mövsümə inamlı qələbə ilə başladı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk turun ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Real Sosyedad” – “Jirona” və “Las Palmas” – “Malyorka” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Madrid “Real”ı isə səfərdə “Atletik”lə qarşılaşıb. Paytaxt təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

Xatırladaq ki, ilk turun qalan oyunları 13 və 14 avqustda keçiriləcək.

İspaniya, La Liqa
1-ci tur
11 avqust

Almeriya – Rayo Valyekano 0:2
Qollar: Palason, 20-pen. Nteka, 28-pen.

Sevilya – Valensiya 1:2
Qollar: En Nesiri, 70 – Diakabi, 60. Gerra, 89.

12 avqust

Real Sosyedad – Jirona 1:1
Qollar: Kubo, 5 – Dovbik, 72.

Las Palmas – Malyorka 1:1
Qollar: Viera, 29 – Rayllo, 70.

Atletik – Real 0:2
Qollar: Rodriqo, 28. Bellingem, 36.

13 avqust

19:00. Selta – Osasuna
21:30. Vilyarreal – Betis
23:30. Xetafe – Barselona

14 avqust

21:30. Kadis – Alaves
23:30. Atletiko – Qranada

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: