Futbol üzrə Almaniya Super Kubokunun 2023 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici matçda sonuncu ölkə çempionu “Bayern” Almaniya Kubokunun sonuncu qalibi “Leypsiq”lə qarşılaşıb.
“Alyans Arena”da baş tutan oyun “Leypsiq”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın taleyini bir oyunçu – Dani Olmo həll edib. O, 3, 44 və 68-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla komandasına titul qazandırıb.
Bununla da “Leypsiq” tarixində ilk dəfə Almaniya Super Kubokunun qalibi olub.
Almaniya Super Kubokunu ən çox qazanmış komanda isə məhz “Leypsiq”ə uduzan “Bayern”dir – 10 dəfə! İkinci yerdə Dortmund “Borussiya”sı (6), üçüncü yerdə “Verder” (3) qərarlaşıb.


