İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi fransalı vinger Usman Dembelenin PSJ-yə keçidinə münasibət bildirib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
“O, yaxşı oğlan idi, faydalı idi, komandanın vacib hissəsi idi. Onun getməyə qərar verməsi məni çox məyus etdi. Bu, məyusedicidir, amma o, başqa bir layihəni seçdi. Ona uğurlar arzulayıram”, deyə Xavi bildirib.
Xatırladaq ki, PSJ Dembeleni heyətinə qatmaq üçün futbolçunun sərbəstqalma haqqı da daxil olmaqla, “Barselona”ya 50 milyon avro ödəyib.
Geridə qalmış 2022/2023 mövsümündə Dembele “Barselona”nın heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 9 məhsuldar ötürmə verib.
Ümumiyyətlə Dembele 2017-ci ildən çıxış etdiyi “Barselona”nın heyətində 185 oyun keçirib, 40 qol vurub, 43 məhsuldar ötürmə verib. Dembele bu müddət ərzində 3 dəfə İspaniya çempionluğunu, 2 dəfə İspaniya Kubokunu və 2 dəfə İspaniya Super Kubokunu qazanıb.
Fransalı hücumçu yığma komandanın heyətində 2018-ci ildə Fransada keçirilmiş dünya çempionatının qalibi olub. Dembele “xoruzlar”ın heyətində 37 oyuna 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.


