“Barsa” Neymarı niyə transfer edə bilmədi? – Deku açıqladı

“Barselona”nın yeni idman direktoru Deku Kataloniya klubunun bu yay Neymarı transfer edə bilməməsinin səbəbini açıqlayıb.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Xatırladaq ki, avqustun 15-də “Əl-Hilal” Neymarın PSJ-dən transferini açıqlamışdı.

“Hər kəs bilir ki, hazırda klubun iqtisadi vəziyyəti ilə belə bir razılaşma əldə etmək təəssüf ki, mümkün deyildi. Bizə PSJ ilə anlaşmaq və ya ərəblərlə razılaşmaq lazım idi, amma bu baş vermədi. Bu vəziyyət bizim üçün iqtisadi cəhətdən məqsədəuyğun olmalı idi, amma Neymarın “Barselona”ya keçə biləcəyinə dair bir həll heç vaxt olmayıb – ilk növbədə klubdakı iqtisadi vəziyyətə görə”, deyə Deku bir daha vurğulayıb.

Xatırladaq ki, “Əl-Hilal” Neymarı çox böyük maliyyə qarşılığında Ərəbistana gətirməyi bacarıb. Məşhur italyan jurnalist-insayder Fabrisio Romanonun verdiyi məlumata görə, braziliyalı superulduz iki illik çıxışı müqabilində ərəblərdən 300 milyon avro qazanc əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: