Məhkəmə “Yuventus”un daha bir apellyasiyasını rədd etdi

“Yuventus”un daha bir şikayəti İtaliya məhkəməsi tərəfindən rədd edilib. Arena.az bu barədə ANSA agentliyinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İtaliyanın Ali İnzibati Məhkəməsi “Yuventus”un İtaliya Futbol Federasiyasına, “İnter”ə və İtaliya Olimpiya Komitəsinə qarşı klubun 2005/2006 mövsümü çempion titulundan məhrum edilməsi ilə bağlı şikayətini rədd edib.
Məhkəmə bu qərarın yekun qərar olduğunu vurğulayıb və “Yuventus” bu işə dair bundan sonra apellyasiya şikayəti verə bilməyəcək.

2005/2006 mövsümündə “Yuventus”u danışılmış oyunlarda iştirakda ittiham edirdilər. Daha sonra Turin komandası çempionatın birinci yerdə tamamlamışdı. Lakin təhqiqat nəticəsində təqsiri sübuta yetirilmiş “qoca sinyora” çempion titulundan məhrum edilərək, B Seriyasına göndərilmişdi. 2005/2006 mövsümünün A Seriyasının çempionu isə “İnter” elan edilmişdi.

Xatırladaq ki, “Yuventus”un adı artıq neçəndi dəfədir futbola, idmana yaraşmayan qara-qura məsələlərdə hallanır. Klub cari mövsümdə avrokuboklarda iştirakdan da məhz bu səbəbdən məhrum edilib. UEFA-nın təhqiqat komissiyasının araşdırmaları nəticəsində maliyyə fırıldağında iştirakı sübuta yetirilmiş “Yuventus”, qitə ali futbol qurumunun müvafiq qərarı ilə cari mövsümdə avrokuboklarda iştirakdan məhrum edilməklə yanaşı, cərimə də olunub.

Cari mövsümdə A Seriyasının 1-ci turu çərçivəsində oyunda “Yuventus” “Udineze” üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq, 2-ci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: