Darya Varfolomeyev Almaniyanın ən titullu gimnastı oldu

Keçmiş rusiyalı, hazırda Almaniyanın şərərini qoruyan gimnast Darya Varfolomeyev dünya çempionatında dördüncü “qızıl”ını qazanıb.

Arena.az xəbər verir ki, Darya Varfolomeyev bu dəfə lentlə hərəkətdə dünya çempionu olub.

Bu növdə Varfolomeyev 33,350 bal toplayıb. Beləliklə, Darya fərdi hərəkətlərdə bütün qızıl medalları qazana bilib. Buna qədər Darya halqa, top və gürzlə hərəkətlərdə mütləq qələbələr qazanmışdı.
Halqa və topla hərəkətlərdə qalib gəlməklə Darya, Almaniya tarixində bu növlərdə qalib gəlmiş ikinci gimnast olub. Ondan əvvəl, 1975-ci il çempionatında topla hərəkətlərdə Kristiana Rozenberq, halqa ilə hərəkətlərdə isə Karmen Rişer çempion olmuşdu.

İndi Darya Varfolomeyevi çoxnövçülük üzrə fərdi və komanda finalı gözləyir, amma Darya artıq Almaniyanın ən titullu şəxsi gimnastına çevrilib.