La Liqa: “Real”a “Selta” ilə oyunda 1 qol bəs etdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Las Palmas” – “Real Sosyedad” matçında qapılara qol vurulmayıb.

Səfərdə “Selta”nın qonağı olan Madrid “Real”ı isə minimal hesablı qələbəyə sevinib.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcələk.

İspaniya, La Liqa
3-cü tur
25 avqust

Las Palmas – Real Sosyedad 0:0

Selta – Real 0:1

26 avqust

21:00. Kadis – Almeriya
21:30. Qranada – Malyorka
23:30. Sevilya – Jirona

27 avqust

19:30. Vilyarreal – Barselona
21:30. Valensiya – Osasuna
23:30. Atletik – Betis

28 avqust

21:30. Xetafe – Alaves
23:30. Rayo Valyekano – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: