İtalyan jurnalist Lukakunu qara adlandırdı, efirdən qovuldu

İtalyan jurnalist “Çelsi”nin hücumçusu Romelu Lukakunun ünvanına yolverilməz ifadə işlətdiyi üçün televiziya verilişindən qovulub.

Arena.az bu barədə “Football Italia”ya istinadən məlumat verir.

“İnter”in azarkeşi, jurnalist, 2010-cu ildən “Qui Studio a Voi Stadio” proqramının iştirakçısı Luici Furini “Telelombardia” kanalının efirində “Çelsi”nin hücumçusu Romelu Lukakunu qara adlandırıb. Furini bu sözün repdə tez-tez işləndiyini vurğulayaraq, üzr istəməkdən imtina edib və nəticədə ona verilişdə iştirak etmək qadağan edilib.

Mənbə vurğulayır ki, Furini qara kəlməsinin italyan dilində aşağılayıcı və alçaldıcı məna ifadə edən qarşılığını işlədib.

“İrqçi altməna daşıyan sözlər zarafat deyil (etimologiyasından asılı olmayaraq). Səhvlər və anlaşılmazlıqlar bizim üçün qəbuledilməzdir. Və gecikmiş üzrxahlıq kifayət deyil.

Həmkarımız Furininin belə ciddi səhvə yol verməsindən təəssüflənirik. Təcili tədbirlər qaçılmazdır”, – “Telelombardia” kanalının rəhbəri Fabio Ravezzani yazıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: