A Seriyası: “Milan” 4 qolla qalib gəldi, “Roma” uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 4-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Atalanta” səfərdə “Frozinone”yə, “Roma” isə “Verona”ya uduzub. “Montsa” da “Empoli”ni məğlub yola salıb.

“Milan” isə doğma meydanda “Torino” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç milanlıların qələbəsiylə yekunlaşıb.

Turun qalan oyunları 27 və 28 avqustda baş tutacaq.

İtaliya A Seriyası
2-ci tur
26 avqust

Frozinone – Atalanta 2:1
Qollar: Harrui, 5. Monterisi, 24 – Sapata, 56.

Montsa – Empoli 2:0
Qollar: Kolpani, 45; 53.

Milan – Torino 4:1
Qollar: Pulişiç, 33. Jiru, 43; 65. T.Ernandes, 45+2 – Sxurs, 36.

Verona – Roma 2:1
Qollar: Duda, 4. Nqonqe, 45+3 – Auar, 56.

27 avqust

20:30. Fiorentina – Leççe
20:30. Yuventus – Bolonya
22:45. Latsio – Cenoa
22:45. Napoli – Sassuolo

28 avqust

20:30. Salernitana – Udnieze
22:45. Kalyari – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: