A Seriyası: “Yuventus” xal itirdi, “Napoli” qalib gəldi, “Latsio”…

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 4-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Fiorentina” – “Leççe” matçında qalib müəyyənləşməyib. “Yuventus” – “Bolonya” görüşü də heç-heçə yekunlaşıb.

“Latsio” bu dəfə doğma meydanda “Cenoa”ya məğlub olub. Son çempion “Napoli” isə “Sassuolo” üzərində inamlı qələbəyə sevinib.

Turun qalan oyunları avqustun 28-də baş tutacaq.

İtaliya A Seriyası
2-ci tur
26 avqust

Frozinone – Atalanta 2:1
Qollar: Harrui, 5. Monterisi, 24 – Sapata, 56.

Montsa – Empoli 2:0
Qollar: Kolpani, 45; 53.

Milan – Torino 4:1
Qollar: Pulişiç, 33. Jiru, 43; 65. T.Ernandes, 45+2 – Sxurs, 36.

Verona – Roma 2:1
Qollar: Duda, 4. Nqonqe, 45+3 – Auar, 56.

27 avqust

Fiorentina – Leççe 2:2
Qollar: N.Qonsales, 3. Dunkan, 25 – Rafia, 49. Krstoviç, 76.

Yuventus – Bolonya 1:1
Qollar: Vlahoviç, 80 – Ferquson, 24.

Latsio – Cenoa 0:1
Qol: Reteqi, 16.

Napoli – Sassuolo 2:0
Qollar: Osimhen, 16-pen. Di Lorentso, 64.

28 avqust

20:30. Salernitana – Udineze
22:45. Kalyari – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: