Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2023/2024 mövsümündə pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə ÇL-in qrup mərhələsinə ilk 3 vəsiqənin sahibi müəyyənləşib.
Türkiyə çempionu “Qalatasaray” səfərdə 3:2 hesabıyla məğlub etdiyi “Molde” ilə bu dəfə doğma meydanda üz-üzə gəlib. Doğma meydanda da qələbə qazanan İstanbul nəhəngi növbəti mərhələyə yüksəlib.
“Braqa” səfərdə “Panatinaikos”la, “Makkabi” (Hayfa) isə “Yanq Boyz”la qarşılaşıb. Yekunda “Braqa” və “Yanq Boyz” komandaları qrup mərhələsinə vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə avqustun 30-da keçiriləcək üç oyunla yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
29 avqust
“Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) 2:1 (ilk oyun 3:2)
“Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) 0:1 (1:2)
“Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) 3:0 (0:0)
30 avqust
23:00. AEK (Afina, Yunanıstan) – “Antverpen” (Belçika) (0:1)
23:00. “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) (1:0)
23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya) (2:2)


