A Seriyası: “Roma” “Milan”a da məğlub oldu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Sassuolo” – “Verona” matçında meydan sahibləri qələbə qazanıblar.

“Roma” isə doğma meydanda “Milan”la qarşılaşıb. Üç qolluq bu görüşdə qonaqlar qalib gəliblər.

3-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya A Seriyası
3-cü tur
1 sentyabr

Sassuolo – Verona 3:1
Qollar: Pinamonti, 11. Berardi, 63; 73 – Nqonqo, 56.

Roma – Milan 1:2
Qollar: Spinatsola, 90+2 – Jiru, 9-pen. Leao, 48.

2 sentyabr

20:30. Bolonya – Kalyari
20:30. Udineze – Frozinone
22:45. Atalanta – Montsa
22:45. Napoli – Latsio

3 sentyabr

20:30. İnter – Fiorentina
20:30. Torino – Cenoa
22:45. Empoli – Yuventus
22:45. Leççe – Salernitana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: