Pirs Morqan “Çelsi”nin “bostanına daş atdı”: “Beyinsiz cücələr…”

Məşhur britaniyalı jurnalist, “Arsenal” qızğın azarkeşi Pirs Morqan “Çelsi”nin mövsümün əvvəlindəki bərbad çıxışından danışıb.

Arena.az xəbər verir ki, Morqan özünün “Twitter” hesabı üzərindən etdiyi qısa paylaşımında satirik surətdə “Çelsi”nin strukturunu, komandanı və işini istehza ilə tənqid edib:

“Narahat olmayın, “Çelsi” azarkeşləri. Sizə sadəcə olaraq, beyinsiz cücələr kimi meydanda qaçaraq, nə edəcəkləri barədə heç bir təsəvvürü olmayan 30 oyunçuya daha bir milyard funt-sterlinq xərcləmək lazımdır”, – Pirs Morqan özünəməxsus şəkildə “Çelsi”ni dalayıb.

Xatırladaq ki, “Çelsi” İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 2-də baş tutan oyunda “Nottingem Forest”i qəbul edib. London təmsilçisi bu oyunda 0:1 hesabıyla məğlub olub.

Hazırda 4 oyundan 6 xal toplamış “meşəçilər” turnir cədvəlində 9-cu sırada qərarlaşıblar. “Zadəganlar” isə 4 xalla 11-ci sıradadırlar. 4-cü tura hələ yekun vurulmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: