Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqada) 2023/2024 mövsümündə iştirak edəcək komandaların adları dəqiqləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının (AFF) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, federasiyanın İcraiyyə Komitəsinin qərarı ilə “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record” komandaları çempionluq adı uğrunda yarışacaqlar.
Yüksək Liqada mövsümə sentyabrın 26-da start veriləcək. Dairəvi sistemlə keçiriləcək yarış 4 dövrədən ibarət olacaq.


