Azərbaycan millisinin 3 futbolçusu AÇ-2024-ün seçmə mərhələsində bu gün Belçika ilə keçiriləcək oyunun “23-lüy”ündən kənarda qalıb.
Arena.az xəbər verir ki, baş məşqçi Canni De Byazi iki müdafiəçi və bir yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.
Bunlar Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və Ozan Can Kökçüdür. Adıçəkilən oyunçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.
Qeyd edək ki, Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.
Yığmamızın Belçika ilə oyun üçün iştirak ərizəsində bu oyunçulara yer veriləcək:
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Səlahət Ağayev (“Səbail”), Yusif İmanov (“Sabah”);
Müdafiəçilər: Anton Krivotsyuk (“Daejon”, Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Höccət Haqqverdi (“Neftçi”), Elvin Bədəlov (“Sumqayıt”), Yusif Nəbiyev (“Səbail”), Elvin Cəfərquliyev (“Qarabağ”);
Yarımmüdafiəçilər: Coşqun Diniyev (Ümraniyəspor, Türkiyə), Elvin Camalov (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi), Filip Ozobiç (“Neftçi), Rüstəm Əhmədzadə, Qismət Alıyev (hər ikisi “Zirə”), Aleksey İsayev (“Sabah”);
Hücumçular: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Musa Qurbanlı (“Yurqorden, İsveç).
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
9 sentyabr
17:00. Azərbaycan – Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Baş hakinin köməkçiləri: Slobodan Pavloviç, Nikola Boroviç (Serbiya).
Dördüncü hakim: Milan Mitiç (Serbiya).
VAR: Novak Simoviç (Serbiya).
AVAR: Momcilo Markoviç (Serbiya).
Bakı, “Dalğa Arena”.
Xal: Avstriya – 10. Belçika – 7. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.


