“Barselona” rəsmisi: “Messi istəsəydi, səy göstərib qayıdardı”

“Barselona” prezidentinin müşaviri Enrik Masip komandanın keçmiş futbolçusu Lionel Messinin komandaya baş tutmayan qayıdışı haqda danışıb.

Arena.az “Diario Sport” dərgisinə istinadən Masipin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

  • Messi qayıda bilərdimi?
  • Məncə, bəli. Müzakirə olunan şərtlər daxilində, bəli. Messi burada olmaq istəsəydi, o halda səy göstərərdi. Əvvəl-axır, hər kəs xəyalı və layihəsi olan yerə getməyə qərar verir. O, Səudiyyə Ərəbistanının pullarından imtina edərək ABŞ-a gedib. O və ailəsi xoşbəxt görünür. “Barsa” prezidenti Leonun geri dönməsini istəyirdi, çünki onun gedişi acı idi, amma o, klubu hər şeydən uca tutmalı idi. Onların arasında münasibətlər bərpa olub. Və mən düşünürəm ki, Laporta ona “Barsa” forması ilə təqaüdə çıxmağı və tarixin ən yaxşı oyunçusuna hörmət göstərmək üçün qapını açmağı təklif etməkdə haqlı idi.

Xatırladaq ki, argentinalı ulduz PSJ-də iki mövsüm keçirdikdən sonra cari ilin yay transfer pəncərəsində “Barselona”ya qayıtmaq imkanına rəğmən, MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: