Mərakeş – Braziliya matçı ləğv edildi

Futbol üzrə Mərakeş və Braziliyanın gənclər yığmaları arasında bu gün keçirilməli olan yoldaşlıq görüşü ləğv edilib.

Arena.az xəbər verir ki, buna Mərakeşdə baş vermiş güclü zəlzələ səbəb olub.

Belə ki, sentyabrın 8-də baş vermiş zəlzələdə çoxsaylı insan tələfatı qeydə alındığı üçün ölkədə 3 günlük milli matəm elan edilib. Bu üzdən Mərakeş – Braziliya oyunu baş tutmayacaq. Bu barədə Mərakeş Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Mərakeşdəki 6,9 ballıq zəlzələ nəticəsində 2000-dən çox adam həyatını itirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: