Nolito karyerasını başa vurdu – 36 yaşında

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın sabiq hücumçusu Nolito peşəkar karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə 36 yaşlı oyunçu özünün sosial şəbəkə hesabında yazıb.

Nolito peşəkar karyerasına “Atletiko” (Sanlukenyo) klubunda başlayıb. Daha sonra “Esixa Balompye” komandasında oynamış futbolçu 2008-ci ildə “Barselona”ya keçib. Amma Kataloniya klubunun əsas komandasında cəmi 5 oyun (1 qol, 1 assist) keçirmiş hücumçu daha çox əvəzedicilərin heyətində oynayıb. “Benfika”, “Qranada”, “Selta”, “Mançester Siti”, “Sevilya” kimi klublarda da oynamış futbolçu ötən mövsümü “İbisa”da keçirib.

Nolito 2014-2016-cı illər aralığında formasını geyindiyi İspaniya milli komandasında da 16 oyun keçirib, 6 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: