Kristiano Ronaldo “Yuventus”u məhkəməyə verir

“Əl-Nəsr”in portuqal super ulduzu, hücumçu Kristiano Ronaldo pula görə “Yuventus”u məhkəməyə vermək qərarına gəlib.

Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Xatırladaq ki, portuqal hücumçunun Turin klubu ilə məxfi müqaviləsi olub və bu, “Yuventus”a koronavirus dövründə maaşların ödənilməsini təxirə salmağa imkan verib. Müvafiq müqavilə çərçivəsində “Yuventus” hələ də Ronaldoya vəd etdiyi 19,9 milyon avronu futbolçunun hesabına köçürməyib. Ödənişin Ronaldonun gedəcəyi halda belə, köçürüləcəyi vəd edilibmiş.

Mənbənin məlumatına görə, Kristiano Ronaldo Turin prokurorluğundan müvafiq sənədləri tələb edərək məhkəməyə müraciət etmək qərarına gəlib.

Xatırladaq ki, “qoca sinyora”nın argentinalı mərkəz yarımmüdafiəçisi Paulo Dibala da öz növbəsində “Yuventus”la müvafiq çəkişməsini məhkəmədənkənar surətdə həll edib. Turin təmsilçisi 3 milyon avro məbləğində borcunu ödəməyə razılaşıb və müqavilənin uzadılmaması iddiasından əl çəkib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: