Azərbaycan millisinin heyətində dəyişiklik – İsanı Maneka əvəzlədi

DÇ-2024-ün elit mərhələsində Bakıda Niderland yığması ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Arena.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, millimizin hücumçusu İsa Atayev heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə Macarıstanın “Studio Futzal Nyiredhaza” klubunda çıxış edən Maneka düşərgəyə cəlb olunub. Braziliyadan olan futzalçı da hücumçudur.

Xəbərdə o da qeyd olunur ki, Azərbaycan millisi hazırlığını bu gündən etibarən bərpa edib. Heyətdə zədəli və cəzalı futzalçı yoxdur.

Xatırladaq ki, Azərbaycan millisinin Niderlandla oyunu sentyabrın 20-də Bakı İdman Sarayında baş tutacaq. Oyuna saat 18:30-da start veriləcək. Oyuna giriş sərbəst olacaq.

Komandamız DÇ-2024-ün elit raundundakı ilk matçını bir neçə gün öncə səfərdə Rumıniyaya qarşı keçirib və 1:3 hesabı ilə uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: