Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” oyunundan öncəki proqram açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı sentyabrın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə “Azərsun Arena”da komandanın media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Norveç təmsilçisinin Bakıdakı açıq məşqi saat 19:00-da, mətbuat konfransı isə 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Xatırladaq ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyununa saat 20:45-də start veriləcək.


