Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsin ilk turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qrup üzrə daha 8 qarşılaşma baş tutub.
A qrupunda yer alan Türkiyə çempionu “Qalatasaray” “Kopenhagen”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Qrupun digər matçı Almaniya və İngiltərə nəhəngləri – “Bayern”lə “Mançester Yunayted” arasında baş tutub. Bu görüş də məhsuldar alınıb. Yeddi qolluq matçın yekununda almanlar seviniblər.
B qrupunda London “Arsenal”ı PSV-ni, “Sevilya” isə “Lans”ı qəbul edib. Londonda meydan sahibləri darmadağına seviniblərsə, qrupun digər matçı bərabərliklə yekunlaşıb.
C qrupunda Madrid “Real”ı evdə “Union Berlin”lə üz-üzə gəlib. İspaniya nəhəngi bu oyunda son dəqiqə qolu ilə qalib gəlib. “Braqa” da İtaliya çempionu “Napoli”ni qəbul edib. Üç qolluq bu görüş isə qonaqların qələbəsiylə bitib.
D qrupunda “Benfika” – “Zalsburq” və “Real Sosyedad” – “İnter” matçları baş tutub. “Benfika” doğma meydanda 2 cavabsız qolla uduzubsa, qrupun digər matçı heç-heçə bitib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları 3-4 oktyabrda keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
19 sentyabr
A qrupu
“Qalatasaray” (Türkiyə) – “Kopenhagen” (Danimarka) 2:2
Qollar: S.Boye, 86. Tete, 88 – M.Elyunussi, 35. D.Qonsalves, 58.
“Bayern” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) 4:3
Qollar: Sane, 28. Qnabri, 32. H.Keyn, 53-pen. Tel, 90+2 – Hoylund, 49. Kazemiro, 88; 90+5.
B qrupu
“Arsenal” (İngiltərə) – PSV (Niderland) 4:0
Qollar: Saka, 8. Trossard, 20. Q.Jezus, 38. Edeqor, 70.
“Sevilya” (İspaniya) – “Lans” (Fransa) 1:1
Qollar: Okampos, 9 – Fulgini, 24.
C qrupu
“Real” (İspaniya) – “Union Berlin” (Almaniya) 1:0
Qol: Bellingem, 90+4.
“Braqa” (Portuqaliya) – “Napoli” (İtaliya) 1:2
Qollar: Bruma, 84 – Di Lorentso, 45+1. Niakate, 88-öz qapısına.
D qrupu
“Benfika” (Portuqaliya) – “Zalsburq” (Avstriya) 0:2
Qollar: Şimiç, 15-pen. Qlux, 51.
“Real Sosyedad” (İspaniya) – “İnter” (İtaliya) 1:1
Qollar: B.Mendes, 4 – L.Martines, 87.


