Dieqo Simeone “Real” üzərində qələbəyə şərh verdi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in İspaniya La Liqasının 6-cı turunda “Real” üzərində qələbəsini şərh edib.

Arena.az xəbər verir ki, argentinalı mütəxəssis komandasının 3:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

“Şadam ki, komanda yaxşı oyun keçirdi. 2:0 ikən biz tez-tez geri çəkilirdik və rəqibə onların ən təhlükəli olduğu yerlərdə oynamaq imkanı verirdik.

Eyni şəkildə oynamağa davam etsəydik, ikinci hissədə məğlub ola bilərdik. Moratanın qolu bizi düzgün axara qaytardı. Biz rəqibin cinahlarda fəsadları olduğunu bilirdik. Bizim qərargahımız oyunçulara həmişə olduğu kimi, eyni şeyi desə də, bu gün onlar digər günlərdəkindən daha yaxşı idilər. Üstəlik, stadion arxamızda idi və bu, hiss edilirdi.

“Real” yüksək müdafiə olunur, müdafiəçilər fəal surətdə irəli gedirlər, ona görə də sərbəst zonalardan istifadə etməklə, topu rəqibin xüsusi problemləri olan uzaq dirək istiqamətinə göndərmək imkanımız oldu”, deyə Dieqo Simeone qələbəsinin sirrini açıqlayıb.

Xatırladaq ki, “kral klubu” La Liqada ilk məğlubiyyətini yaşayıb. “Real” potensial lider mövqeyini əldən verərək, 15 xalla 3-cü pilləyə düşüb. “Jirona” və “Barselona” madridliləri 1 xal qabaqlayır, indi kataloniyalılar La Liqanın lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: