Bu gün – sentyabrın 26-da futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünə start verilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Mövsümün açılış matçı ötən mövsümün gümüş və bürünc mükafatçıları – “Neftçi” İK ilə “Baku Fire” arasında keçirilib. Oyundan əvvəl dövlət himni səslənib, daha sonra 27 sentyabr – anım günü ilə əlaqədar olaraq ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Maraqlıdır ki, 2022/2023 mövsümünün açılış matçında da bu komandalar rəqib olmuşdu və həmin oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı. Bu dəfə isə qapılara 10 qol vurulmasına baxmayaraq, yekunda tərəflər yenə 1 xalla kifayətləniblər.
Daha sonra “Record” – U-19 oyunu start götürüb. Dörd qolun qeydə alındığı buoyunda da qalib müəyyənləşməyib.
İlk turun sonuncu matçında isə ötən mövsümün qalibi “Araz-Naxçıvan” debütant “Yasamal Bakı”nı sınağa çəkib. Gözlənildiyi kimi, oyun ərzində üstünlüyü əldən verməyən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.
Yüksək Liqa
1-ci tur
26 sentyabr
“Neftçi” İK – “Baku Fire” 5:5
Qollar: Fərid Atakişiyev, 1:14. Ülvi Əliyev, 18:02. Vahib Xocayev, 18:55; 36:50. Namiq Məmmədkərimov, 37:42 – Faiq Əliyev, 2:00. Oktay Rüstəmli, 9:25-pen. Tofiq Əliyev, 17:30; 25:45. Kənan Manafov, 38:49.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 14:00.
“Record” – U-19 2:2
Qollar: Rasim Mikayılov, 10:32. Mojtaba Vali, 17:00 – Rüfət Məmmədli, 11:11. Qüdrət Qasımzadə, 19:14.
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:00.
“Araz-Naxçıvan” – “Yasamal Bakı” 12:0
Qollar: İsa Atayev, 6:49; 30:53. Katatau, 12:30; 15:44; 25:29. Felipinyo, 12:55. Amadeu, 13:47. Erik Danillo, 17:10. Lukas Romao, 32:21. Anar İsayev, 36:10-öz qapısına. Emil Həsənzadə, 37:00. Xəzər Ağalızadə, 37:43.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 18:00.


