La Liqa: “Real” “Las Palmas”a qalib gəldi, “Valensiya” evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Kadis” – “Rayo Valyekano” oyununda qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Atletik” – “Xetafe” oyununda da qalib müəyyənləşməyib.

“Vilyarreal” doğma meydanda “Jirona”ya, “Valensiya” isə “Real Sosyedad”a məğlub olub.

Madrid “Real”ı da bu tur “Las Palmas”la ev oyununda inamlı qələbəyə sevinib.

7-ci turun qalan görüşləri sabah – sentyabrın 28-də keçiriləcək.

İspaniya, La Liqa
7-ci tur
26 sentyabr

Sevilya – Almeriya 5:1
Qollar: En Nesiri, 7. Lukebakio, 8. Suso, 38. Lamela, 51. Salas, 90+2 – L.Suares, 71-pen.

Malyorka – Barselona 2:2
Qollar: Muriqi, 8. Prats, 45+3 – Rafinya, 41. F.Lopes, 75.

27 sentyabr

Atletik – Xetafe 2:2
Qollar: Berçiçe, 6. İ.Uilyams, 62 – Alvares, 51. Latasa, 83.

Real – Las Palmas 2:0
Qollar: B.Dias, 45+3. Xoselu, 54.

Vilyarreal – Jirona 1:2
Qollar: Parexo, 49-pen – Dovbik, 56. E.Qarsiya, 61.

Kadis – Rayo Valyekano 0:0

Valensiya – Real Sosyedad 0:1
Qol: K.Fernandes, 32.

28 sentyabr

21:00. Selta – Alaves
21:00. Qranada – Betis
23:30. Osasuna – Atletiko (Madrid)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: