Futzal üzrə Qazaxıstan yığmasının DÇ-2024-ün elit raundunda Azərbaycan millisinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, sözügedən komanda növbəti dünya çempionatının (DÇ-2024) elit seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Bakıda, 5 gün sonra isə Astanada Azərbaycan millisi ilə üz-üzə gələcək.
Millimizin rəqibi artıq bu oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışına başlayıb. Baş məşqçi Rikardo Kaka yığmaya 16 futzalçı dəvət edib. Onlardan 3-ü qapıçı, 13-ü isə meydan oyunçusuduru:
Qapıçılar: İqita, Narun Serikov (hər ikisi “Kayrat”), Kanat Jetkirbayev (“Aktobe”);
Oyunçular: Duqlas, Edson, Birjan Orozov, Dauren Tursaqulov, Albert Akbalıkov (hamısı “Kayrat”), Çingiz Yesenamanov, Rayımbek Juma, Akjol Daryabai (hamısı “Semey”), Azat Valiullin, Rəsul Abdumanapuli (hər ikisi “Ayat”), Arnold Knaub (“Jetisu”), Olyas Taybasarov (“Astana”), Leo (“Joinvill”, Braziliya).
Xatırladaq ki, Qazaxıstan yığmasının Azərbaycan millisi ilə ilk görüşü oktyabrın 6-da Bakı İdman Sarayında baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək.


